Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 143.638 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Khanate of Guba in the Map of Caucasus with the borders 1801-1813.png
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.

XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-cı ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Polygon logo.svg
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan video oyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər.

Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir.


(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Eldar Əzimzadə
  • Fridrix Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist ondan təsirlənmişdir
  • Stalinin əmri ilə Ramon Merkader Lev Trotskinin evinə daxil olur və müsahibə əsasında Trotskinin başına buz baltası ilə zərbə endirir. Trotski başına aldığı ağır zərbə nəticəsində hadisədən bir gün sonra vəfat etdi.
  • Adidas adının ingilis dilində - "All Day I Dream About Sports" cümləsinin abbreviaturasından götürüldüyü iddia olunsa da, bu həqiqəti əks etdirmir və sonralar yaranmış bekronimdir.
  • Eldar Əzimzadə (şəkildə) Futbol üzrə SSRİ çempionatının 148 oyununda hakim olub.
  • Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir.

HSCommons.svg Günün seçilmiş şəkli

Village weaver (Ploceus cucullatus cucullatus) female.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Roksolana


Son ölümlər: Karl Lagerfeld, Bruno Qanz, Ozan Arif, Altay Hacıyev, Qordon Benks, Sergey Yurski, Vano Zodelava, Detsl

HSDagensdatum.svg Tarixdə bu gün — 20 fevral

Lui Aleksandr Bertye
  • 1798Lui Aleksandr Bertye (şəkildə) Roma papası VI Piyi taxtdan saldı.
  • 1835Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağıldı.
  • 1872Nyu-Yorkda Metropoliten muzeyi açıldı.
  • 1933Adolf Hitler nasist partiyasına növbəti seçkilərdə maliyyə dəstəyi almaq üçün alman sənayeçiləri ilə görüş keçirdi.
  • 1978Leonid Brejnev SSRİ-nin ən yüksək hərbi mükafatı olan "Qələbə" ordeni ilə təltif edildi.
  • 1986SSRİ "Mir" orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardı.
  • 1988Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında "Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında" SSRİ Ali Sovetinə müraciət qəbul olundu.
  • Digər günlər: 19 fevral20 fevral21 fevral

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Shahriar.jpg
    İran azərbaycanlılarının siyahısıİran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15 - 35 milyondur. Bu isə İran əhalisinin 18% - 50%-ni təşkil edir.

    Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər.

    Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-az.png Vikipediya digər dillərdə